Fuad Muradovdan komitənin adının dəyişdirilməsi məsələsinə - MÜNASİBƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirib.
F.Muradov açıqlamasında bildirib ki, qurumun adının dəyişdirilməsi müzakirə oluna bilər:
“Hazırkı mərhələdə bizim gündəlik fəaliyyətimiz elədir ki, daha qlobal layihələrlə məşğuluq. Rafael müəllim görkəmli alimizdir. Təbii ki, biz bütün fikirlərə açığıq. Açığı, sizə deyim ki, “Diaspor”, yaxud “Diaspora” olması məsələsini çox müzakirə etmişik.
“Diaspor”, ya “Diaspora” yazılması alimlərin işidir. Nə qərar qəbul edilsə, biz onu nəzərə ala bilərik. Dövlət qurumunun adının dəyişməsi barədə qərar olmalıdır. Fikrimcə, ən vacib məsələ deyil. Müzakirə oluna bilər”.
“İndiki halda daha çox xaricdə yaşayan azərbaycanlıların gündəliyi ilə məşğul oluruq. Komitənin adı və yaxud əsasnaməsi ilə bağlı məsələ gələcəyin mövzusudur. Bu məsələyə qayıda bilərik”, - deyə Komitə sədri qeyd edib.
Qeyd edək ki, deputat Rafael Hüseynov açıqlamasında bildirmişdi ki, “Diaspor” yox, “Diaspora” yazılmalıdır.