Bank

Azərbaycanda 14 bankın öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar "PAŞA Bank", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Muğan Bank", "Premium Bank", "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Atabank", "Bank of Baku", "AGBank", "Yapı Kredi Bank Azərbaycan" və "Express Bank"dır. Ən az azalma "PAŞA Bank"da (0,7%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da və "Express Bank"da (27,8%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan"ın öhdəlikləri demək olar ki, dəyişməyib.

Qalan 15 bankın öhdəlikləri isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (45,8%), ən aşağı dinamika isə "Bank BTB"də (2,5%) qeydə alınıb.

 

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 milyard 829 milyon 995 min manat), "PAŞA Bank" (3 milyard 914 milyon 216 min manat), "Kapital Bank" (3 milyard 615 milyon 485 min manat), "Xalq Bank" (1 milyard 768 milyon 982 min manat) və "Bank Respublika"dır (1 milyard 282 milyon 885 min manat).

Qalan 25 bankdan 21-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)