Notlara tələbat 5 dəfə artıq olub
4 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103576S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5158 AZN (6.04%) və 99.5185 AZN (6.01%) olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 879 milyon 94 min 700 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5185 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5185 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 03.01.2020