Bank

Mərkəzi Bankda direktorlardan biri vəzifəsini tərk edib

Azərbaycan Mərkəzi Banında departament direktorlarından biri vəzifəsindən azad edilib.

ENA.az xəbər verir ki, bu barədə Banker.az AMB-yə yaxın mənbələrdən əldə etdiyi məlumata istinad edir.

Belə ki, Statistika departamentinin direktoru Fəxri Y. İsmayılov vəzifəsindən ayrılıb. Onun yerinə hər hansısa təyinat olmayıb.

Nazirlər Kabinetinin 2016-ci il tarixli qərarı ilə,  Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında olan qərarda dəyişiklik edərək, F.İsmayılov bu şuraya üzv seçilmişdi.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinin bakalavr, 1998-2000-ci illərdə isə həmin fakültənin magistr pilləsini bitirmişdir. 2001-2004-cü illərdə Maliyyə kafedrasının aspirantı olmuşdur. 2008-ci ildə ABŞ-ın J.Kennedi adına Harvard Universitetinin “Dövlət Maliyyəsinin Menecmenti” ixtisasartıma proqramını bitirmişdir. 2010-2011-ci tədris illərində Fulbright proqramı ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin “Maliyyə” departamentində post-doktorantura proqramının məzunu omuşdur. 2010-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamışdır və müxtəlif vəzifələrdə çalışmışdır.

Statistika departamenti – Mərkəzi Bankın Statistika mərkəzi aparatının struktur bölməsidir. Departamentin fəaliyyətinin əsas məqsədi pul və maliyyə sabitliyi siyasətinin hazırlanması, onun makroiqtisadi nəticələrinin təhlil edilməsi, maliyyə sabitliyinin monitorinqi, iqtisadi tədqiqatların aparılması və gələcək dövrlər üzrə proqnoz göstəricilərin işlənməsi üçün beynəlxalq standartlara cavab verən keyfiyyətli və əhatəli daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi və istifadəçilərə çatdırılmasını təmin etməkdir.

Departament ümumilikdə, Bank statistikası şöbəsi; İqtisadi informasiya şöbəsi; Real sektorun monitorinqi şöbəsi və Xarici sektorun statistikası şöbəsindən ibarətdir.

Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankın strukturunda 18 departament var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)