Azərbaycanda pivənin aksiz məbləği qaldırılır
Pivənin hər min litri üçün aksiz məbləği 20 qəpikdən 40 qəpiyə qaldırılacaq.
ENA.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.
“Bütün vergi qanunvericiliyi hazırlanarkən istehsalçılar və istehlakçıların maraqları nəzərə alınıb. Vergilərin hər litr üçün aksiz məbləği artımı istehlakçıların xərclərinə və istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək”, - deyə S.Musayeva qeyd edib.