Sənaye

Vyetnam şirkəti 5 milyon barel Azərbaycan nefti alacaq

Vyetnamın dövlət şirkəti “Binh Son Refining and Petrochemical Co (BSR)” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 2020-ci ildə 5 milyon barel xam neftin alınması üçün saziş imzalayıb.

ENA” xəbər verir ki, bu barədə Vyetnam şirkətindən bildirilib.

Məlumata görə, “SOCAR Trading” 2020-ci ilin ilk yarısında BSR-in “Dung Quat” neft emalı zavoduna 5 milyon barel həcmində “Azeri Light” neftini tədarük edəcək.

Şirkətdən bildirilib ki, Azərbaycan xam nefti 2020-ci ildən şirkətin strateji xam neft məhsullarından biri olacaq.

Vyetnam mövcud yataqlarda hasilatın azalması və Çinin dənizdə kəşfiyyat aparmasına mane olan mövqeyi səbəbindən neft idxalını artırıb. Noyabr ayından xam neftin idxalının vergidən azad olunması qüvvəyə minib. Vyetnamın xam neft idxalı bu ilin 11 ayında ötən ilin müvafiq dövründən 66% artaraq 7,44 milyon tona çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)