Sosial iqtisadiyyat

Toylarda oxuyan, oynayan kim varsa, hamısının vergi öhdəliyi azaldı: 15-20 manat!

Milli Məclis cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib. ENA.az xəbər verir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi dərəcəsinin azaldılması nəzərdə tutulub.

Bu kateqoriyadan olan şəxslər üçün sadələşdirilmiş vergi məbləğinin 33,3% - 30 manatdan 20 manata endirilməsini nəzərdə tutur.Bundan başqa, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər üçün sadələşdirilmiş vergi üzrə məbləğin 50% - 30 manatdan 15 manata endirilməsi təklif edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)