Sosial iqtisadiyyat

Siqaret və spirtli içkilər bahalaşacaq: askiz vergisi qalxdı

Milli Məclis cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib. 2020-ci il yanvarın 1-dən ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisi artır.

İçməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,5 manatadək (artım 2,5 dəfə) artırılması planlaşdırılır. Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur. Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.

O cümlədən, dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%), energetik içkilərin hər litri üçün aksiz vergisinin 2 manatdan 2,1 manata (5%), spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisinin 3 manatdan 3,1 manata (3,3%) çatdırılması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)