TURİZM

Yaşayış üçün ən əlverişli şəhərlər açıqlanıb

“Resonance” Beynəlxalq Məsləhət Şirkəti yaşayış şərtlərinə görə 2019-cu il üçün şəhərlərin reytinqini tərtib edib.

BI” xarici KİV-ə istinadən xəbər verir ki, mənzil almaq və işə düzəlmək imkanları, ətraf mühitin vəziyyəti, iqtisadiyyatın və mədəniyyətin səviyyəsi kimi cəmi 23 amil əsas götürməklə dünyanın 100 şəhəri təhlil olunub və birinci yerə London layiq görülüb. Sonrakı yerlərdə Paris, Nyu-York, Tokio, Barselona, Moskva, Çikaqo, Sinqapur, Dubay və San-Fransisko qərarlaşıb.

Qeyd olunur ki, 2017-ci ildə Londona 19,8 milyon turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.

 

Eləcə də bax: Turistlərə Wi-Fi ilə nəzarət edəcəklər

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)