Sosial iqtisadiyyat

Növbədənkənar parlament seçkilərinin tarixi bilindi?

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantının keçirilməsinin səbəbi bilinib.

ENA.az xəbər verir ki, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir. 

Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer əmələ gəlib.

Belə bir şəraitdə mümkün növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Siyasi Şurasında qərar qəbul edilib.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Eləcə də bax: Azərbaycanda Milli Məclis buraxıldı - SENSASİON QƏRAR

 

Unikal.org

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)