Bank

Banklara əlavə öhdəlik gəlir

Azərbaycanda fəaliyyət göstərən banklara yeni öhdəlik qoyulacaq.

ENA.az xəbər verir ki, bu barədə “PwC Azerbaijan Times” jurnalının yeni buraxılışında qeyd edilir. Bildirilir ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə birinci oxunuşdan keçmişdir. Lakin, dəyişikliklər haqqında qanun qüvvəyə minmədiyindən, ilkin versiyaya dəyişiklik edilə bilər.

Belə ki, banklar tərəfindən ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar hər ayın 10-dək müvafiq quruma təqdim ediləcəkdir.

Bu qanun ikinci oxunuşda qəbul edilərsə, artıq 1 yanvar 2020-ci ilin əvvəlindən başlayaraq tətbiqinə başlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)