İnşaat və əmlak

Azərbaycanda tikinti materiallarının istehsalını artıracaq

2018-ci ildə Azərbaycanda 714,4 milyon manat həcmində tikinti materiallarının istehsalı gözlənilir ki, bu da ötən illə müqayisədə 25,8 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

Proqnozlara əsasən növbəti illərdə də tikinti materiallarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstərici 778 milyon manat, 2020-ci ildə 866,3 milyon manat, 2021-ci ildə 929,1 milyon manat, 2022-ci ildə isə bir milyard manatdan çox olacaq.

2023-cü ilədək tikinti materialları istehsalı üzrə proqnozlar:

 

2017

2018

2019

2020

2021

2022

Sement (min ton)

2 954,6

3 101,8

3 163,8

3 227,1

3 291,6

3 407,4

Beton tikinti konstruksiyaları 

(min kubmetr)

195,2

125,1

127,6

130,2

132,8

135,4

Beton qarışığı (min ton)

797,5

996,8

1 016,7

1 047,2

1 078,7

1 126

Asfalt (min ton)

142,6

153,4

156,4

195,5

244,4

305,5

Tikinti kərpici (min kubmetr)

303,1

338,6

345,4

355,8

366,4

377,4

Kağız təbəqələr və tikinti

kartonu (min kvadrat metr)

10 395,3

14 329,7

14 616,3

15 347,1

16 114,4

16 920,2

Tikinti gipsi (min ton)

85

28,9

29,4

30,3

31,2

37,2

Keramika plitələri, mərmər,

travertin, alebastr (min)

26 060,2

23 331,6

23 798,2

24 512,2

25 247,5

26 205

Konsepsiyada qeyd olunduğu kimi, yaxın illərdə tikinti materialları sektorunda prioritet istehsalın dayanıqlığı, məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğun artırılması, bu sektora investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, ixracın stimullaşdırılması, eləcə də ekoloji təmiz məhsul istehsalının təmin edilməsi olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)