Azərbaycanda sərnişin avtobusları sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyəcək – AÇIQLAMA
“2022-ci ildən etibarən Azərbaycanda sərnişin daşıyan bütün avtobuslar sıxılmış qazla və ya elektrik mühərriki ilə işləyəcək”.
ENA.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəsmisi Emin Məcidov deyib.
Eləcə də bax: 280 yeni avtobus xəttə buraxılacaq
Emin Məcidov qeyd edib ki, hazırda ölkəyə sıxılmış təbii qazla işləyəcək 300 ədəd ekoloji təmiz avtobusun gətirilməsi nəzərdə tutulub: “Bu nəqliyyat vasitələrindən 280-ni artıq ölkəyə gətirilib daha 20-si isə yaxın zaman müddətində gətiriləcək. Bunlardan 280-i 12 metr uzunluğunda, 20-si isə 18 metr uzunluğunda olacaq”.
Agentlik rəsmisi onu da əlavə edib ki, ölkəyə gətiriləcək yeni avtobuslar, yəni sıxılmış təbii qazla çalışan avtobuslar təkcə paytaxtda deyil, regionlarda da istifadəyə veriləcək.
TED.az


















