Qeyri-Bank

Lizinqlə satış qadağan olunur – YENİLİK GƏLİR

Azərbaycanda lizinqlə mal satışında ciddi dəyişikliklər gözlənilir. 

"BI" xəbər verir ki, bu barədə Vergilər Məcəlləsinə təklif olunan yeniliklərdə bildirilir.

Dəyişikliklər qəbul olunsa, Məlumata görə, gələn izinq şirkətləri sadə vətəndaşa 2019-cu ildən lizinq yolu ilə əmlak satmayacaqlar. Əməliyyat o zaman lizinq əməliyyatı hesab ediləcək ki, lizinqə götürənlər mütləq sahibkar olsun, lizinq obyekti isə əsas vəsait olsun.

Bu dəyişiklik Məcəllənin 140-cı maddəsində əksini tapacaq. Dəyişikliyə əsasən, həmin maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır.

İcarəyə verən tərəf maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün, icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)