Azərbaycan şirkəti Serbiyada yol tikəcək
Azərbaycanın “AzVirt” şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.
Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.
Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycan Respublikasından alınacaq kredit də sərf olunacaq.