3 ayda Fond nə qədər ipoteka krediti verib? - RƏSMİ
İpoteka və Kredit Zəmanət Fondu 2026-cı ilin yanvar-mart aylarında 29,9 milyon manat məbləğində 353 ipoteka krediti verib. Buna 12,2 milyon manat məbləğində 115 adi, 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka krediti aiddir.
Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.


















