Banka borcu olan şirkətin 1 mln. manatlıq kolbasa sexi hərraca çıxarılıb
Ləğv edilmiş “Dəmir Bank” ASC borc müqabilində “Elba” MMC-nin mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu ərazisindəki əmlak kompleksini hərraca çıxarıblar. Bu əmlak kompleksi adıçəkilən şirkətin kolbasa sexi kimi fəaliyyət göstərir.
ENA.az xəbər verir ki, hərraca çıxarılan bu kompleksin dəyəri 900 min manat təşkil edir.
Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində 87 ünvanda istifadədə olan 0,1354 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2089 kv.m olan sahəni əhatə edir.