Elm və Texnologiya

Nokia smart televizor buraxacaq

  Görünür, HMD Global şirkəti OnePlus və Motorola şirkətlərinin ardınca smart televizorlar bazarına daxil olmaq qərarına gəlib. Belə ki, məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Hindistanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Nokia markalı smart televizoru aşkar edib. Bu barədə Gagadget saytı xəbər verib. Nokia-nın smart televizoru barəsində məlum olan tək şey ondan ibarətdir ki, o, 55 düym ekrana sahib olacaq.

    Televizor barəsində digər bi məlumat yoxdur. Lakin güman etmək olar ki, televizor Ultra HD keyfiyyətli IPS və ya LED ekranla təchiz olunacaq və Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq. Nokia-nın smart televizor modelinin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Çox güman ki, o ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Hindistanda təqdim olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)