"Whatsapp" smartfonların enerjilərini sürətli şəkildə aşağı salır
Bir neçə müddət bundan öncə Whatsapp tərtibatçıları messenceri yeniləmişdilər. Həmin yenilənmədən sonra messencer istifadəçilərindən çoxlu sayda şikayətlər gəlməyə başladı. Belə ki, messencerin 2.19.325 versiyasına kimi yenilənməsindən sonra tətbiq smartfonların enerjilərini sürətli şəkildə aşağı salmağa başladı. Bu barədə Phonearena saytı xəbər verib. İstifadəçilər bu barədə Reddit-də və Google Play-də qeyd ediblər.
Sözügedən problem ilə artıq Samsung, OnePlus, Xiaomi və Google smartfonlarının istifadəçiləri qarşılaşıblar. Bura həmçinin Galaxy S10e, Galaxy S9, Google Pixel 3, Pixel 4, OnePlus 6, Redmi Note 5 Pro və s. smartfon modelləri daxildirlər. İstifadəçilərdən birinin sözlərinə əsasən onun smartfondakı məlumatına əsasən Whatsapp-dan 1.5 saat istifadə olunub.
Halbuki messencerdən sadəcə bir neçə dəqiqəlik istifadə olunmuşdu. Digər bir smartfonda isə Whatsapp fon rejimində smartfon enerjsini 79%-dən 19%-ə endirib. Digər istifadəçilərdə isə messencer smartfon enerjsinin 30%-ni sürətli şəkildə sərf edir. Bu hətta istifadəçinin sadəcə olaraq bir neçə mesaja cavab verməsi halında da baş verir. Bu problemi aradan qaldırmaq üçün messenceri silib yenidən yazmaq və ya messencerin əvvəlki versiyası olan 2.19.291-ə geri dönüş etmək lazımdır.