Deputat: "Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır"
“Azərbaycanda yenidoğulan uşağa görə birdəfəlik müavinətin məbləği 105 manatdan 200 manata qaldırılsa da, yenidoğulan uşağın xərclər bundan 10 dəfə artıqdır”.
“ENA” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
O təklif edib ki, bu rəqəm 200 yox 500 manat olsun: “Bəlkə bu uşaq pulu verilməsi məsələsinin həllinə səbəb olar. Əvvəlki hesablamada bu işə 16 milyon manat lazım idisə, təklif etdiyim variantda isə 40 milyon manat vəsait gərəkdir. Büdcəsinin xərcləri 27 milyard manata çatan ölkə üçün ortadakı fərq elə də çox deyil. Bu həm də yenidoğulanların sağlamlığı baxımından da vacib addımdır”.