Quruda neft çıxartmaq Azərbaycanda 60 dollar, Səudiyyədə 17 dollardır
Rusiyada şelfdə və quruda yeni layihələrdə neft və qaz hasilatı bir barel üçün məbləğ $40-dan çox olduğu halda gəlirlidir. Bu barədə Səudiyyə Ərəbistanın Saudi Aramco dövlət şirkətinin IPO-ya dair prospektində qeyd olunur.
IPO ərəfəsində IHS Markit şirkəti Saudi Aramco üçün digər hasil edən dövlətlərlə müqayisədə Səudiyyə Ərəbistanında hasilatın maya dəyərinin qiymətləndirilməsini həyata keçirib. Həm şelfdə, həm də quruda Saudi Aramco-nun hasilatının maya dəyəri təqribən bir barel üçün $17 səviyyəsində qiymətləndirilir – bu, digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir.
Ən bahalı hasilat Azərbaycanda şelf layihələrindədir - bir barel üçün $60-dan artıq təşkil edir.
Yeni layihələrdə hasilatın maya dəyəri Rusiyadan daha baha Qazaxıstanda (bir barel üçün $48-ə yaxın), həmçinin Azərbaycan və ABŞ-da qurudadır (bir barel üçün $49-a yaxın).