Kommunal şirkətləri 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi təklif olunur
“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.
“ENA” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin, hökumətin bu şirkətlərin borcunu qaytarmaq riskini qaldırar. Daha çevik və müasir xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və dövlət qarşısında daha hesabatlı, şəffaf şirkətlərin meydana çıxmasına, iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarada bilər”.