“Aqrolizinq”in nizamnamə kapitalına dəyişiklik ediləcək
Dekabrın 11-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncağın gündəliyinə şirkətin nizamnaməsinə, o cümlədən nizamnamə kapitalına dəyişiklik edilməsi (hazırda 561 627 540 manatdır) məsələləri daxildir.