Sosial iqtisadiyyat

ATV-nin icraçı direktoru vəzifədən getdi

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib. 

“Qafqazinfo” xəbər verir ki, o, bir neçə həftə bundan əvvəl işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V. Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək. 

Qeyd edək ki, Vahid Səmədov bir ildir sözügedən vəzifəni icra edirdi. O, bundan əvvəl ANS və CBC kanallarında çalışıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)