Dövlət Məşğulluq Xidməti yarım milyonluq serverlər alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “EXADATA” serverləri və lisenziyaları satın alır.
"ENA" xəbər verir ki, Dövlət Məşğulluq Xidmət “OJAG CONSULTİNG SERVİCES” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin məbləği 552 min 264 manatdır. Müqavilə, “Oracle” verilənlər bazası üçün “EXADATA” serverlərinin və lisenziyalarının satınalmasinı nəzərdə tutur.