Sosial iqtisadiyyat

Bakı-Tbilisi-Qars xəttinin sayəsində bir ilk - TARİXƏ DÜŞDÜ

Çindən yola çıxıb Azərbaycan və Gürcüstandan da keçərək Türkiyəyə daxil olan qatar, Marmaranı istifadə edərək Avropaya keçən ilk yük qatarı olub.

"ENA" xəbər verir ki, Çinin Şian şəhərindən yola çıxan "China Railway Express" (Çin Dəmiryolu Ekspressi), Ankarada rəsmilər tərəfindən yola salınmasının ardından Marmaray xəttinə daxil olub. "Ayrılık Çeşmesi" dayanacağına gələn qatar "Üsküdar", "Sirkeci", "Yenikapı" və "Kazlıçeşme" dayanacaqlarını keçərək Zeytinburnuna çatıb.

Uzunluğu 820 metr olan 42 konteyner yüklü vaqonla hərəkət edən qatar, Avropaya çataraq tarixə düşüb.

Konteynerlərin Avropa qitəsinə keçişi 2 hissəli reallaşdırılıb. Konteyner yüklü 21 vaqonu Türkiyə Dövlət Dəmiryollarına aid bir lokomotiv, qalan qisimi də Çindən yola çıxan lokomotiv çəkib.

Çindən Avropaya kəsintisiz gedən ilk yük qatarı "China Railway Express", 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq, 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcək və son dayanacağı Praqaya çatacaq.

Yükün, Bakı-Tbilisi-Qars (BTQ) xəttinin və Marmaranın istifadə edilərək orta koridor üzərindən daşınması, digər koridorlara görə zaman və enerji qənaəti təmin edəcək.

Türkiyə yolunda Ahılkelek, Kars, Erzurum, Erzincan, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir, Kocaeli və İstanbuldan keçən qatar, Kapıkule-dən (Edirnə) çıxış edərək, Bolqarıstan üzərindən yoluna davam edəcək.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)