Vakansiyalar

AzerGold işçi axtarır - VAKANSİYA

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi və təminat sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək;
• Metodologiyanın hazırlanması və tətbiqi;
• Funksional prosedur və təlimatların yaradılması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin fəaliyyəti proseslərinin təkmilləşdirilməsi və inkişafını təmin etmək;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin monitorinqi və təhlilinin edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini, rəhbərliyə Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabat təqdim etmək;
• İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyini planlaşdırmaq və onlara nəzarət etmək;
• Cəmiyyətin təşkilatı strukturunun, struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi üzrə sənədlərin və prosedurların, o cümlədən, hazırlanan təlimatların monitorinqini və razılaşdırlmasını təmin etmək;
• Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Cəmiyyəti cari qarşılıqlı münasibətləri və əməkdaşlıqların inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək;
• Müvafiq şöbə müdirinin göstərişi ilə Keyfiyyətin İdarəedilməsi Sistemlərilə bağlı olan məsələlər daxil olmaqla Cəmiyyətin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
• Əmək funksiyalarına uyğun görülmüş işlər barədə şöbənin müdirinə (onun tələbinə əsasən) vaxtaşırı, verilən göstəriş və tapşırıqların icrası barədə dərhal məlumat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Korporativ məlumat sistemində işləməyi bacarmalı;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq sertifikatları olmalı; (İSO 9001:2015)
• Daxili audit sahəsində müvafiq sertifikatları olmalı; (İSO 19011:2011)
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department