Bank

2021-ci ilədək Azərbaycanda nağd dövriyyənin həcmi 40% endiriləcək

"Rəqəmsal ödənişlərin genişlənməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin həcmi 14 mlrd manatadək artacaq".

"ENA" xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumun"da çıxış edən Azərbaycan Mərkəzi Bankınin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu proqram 2018-2020-ci illəri əhatə edir və bu istiqamətdə ölkədə 60-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub:

"Dövlət proqramının icrası nəticəsində nağd dövriyyənin həcminin 74%-dən 40%-dək endirməyi düşünürük",- deyə A.Quliyev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)