ABB səhmləri 4% ucuzlaşıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri iyulun 1-dən kəskin ucuzlaşma göstərib və bu səhmlərin tədavülə çıxmasından bəri müşahidə olunan ən ucuz qiymətdir.
Bakı Fond Birjasının göstəricilərinə əsasən, iyulun 1-də 4 faiz ucuzlaşan ABB səhmləri hazırda 25 qəpiyə satılır. Ötən həftəni 25 qəpikdən ticarət edilən səhmlərin nominal qiyməti isə 27 qəpikdir.
Qeyd edək ki, ötən müddətdə səhmlərin qiymətində pik hədd olaraq 31 qəpik görülmüşdü.