Gələn il əmək haqqı qalxacaq
"Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək".
Maliyyə naziri Samir Şərifov bunu Milli Məclisdə 2020-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gələn il büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq.
"2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir", - deyə nazir bildirib.
Eləcə də bax: Gələn ildən əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir