FoxExpress işçi axtarır - VAKANSİYA
ZƏNG MƏRKƏZİNİN OPERATORU
İş yeri: Bakı şəhəri (Azure Biznes Mərkəzi)
İş vaxtı: Növbəli
Əmək haqqı: Namizəddən asılı olaraq dəyişir
Tabeçilik: Satış şöbəsinin müdiri
İŞİN TƏSVİRİ
− 24/7 fəaliyyət göstərən 175 “Qaynar Xətt”-inə gələn zəngləri cavablandırmaq;
− Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
− Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
− Zənglərin qeydiyyatını aparmaq və statistik hesabatlar hazırlamaq;
− Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
− Ali təhsil;
− Azərbaycan və Rus dillərində səlis danışıq bacarığı;
− İnsanlarla dialoq qurma bacarığı;
− Microsoft Ofis Proqramları üzrə bilik (Microsoft Word, Microsoft Excel);
− Bu sahədə təcrübə tələb olunmur;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 30.11.2019 - cu il tarixinədək hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)