Kral 4,3 milyard dollarlıq 600-dən çox layihəyə start verdi
Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA-a yer alan xəbərə görə, Səlman Bin Əbdüləziz, Əl-Əzələm bölgəsindəki Əl-Vadi sarayında təşkil edilən mərasimdə, 4,3 milyard dollarlıq 600-dən çox layihəyə start verib.
"BI" xəbər verir ki, layihələrin, inkişaf, təhsil, xidmət və tikinti kimi müxtəlif sektorlarda olduğu qeyd edilib.
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı hökumətinin xərcləri, 2018-in ilk doqquz ayında illik 25%-lik artımla 189,9 milyard dollara qalxıb.