Sosial iqtisadiyyat

Azərbaycanda müavinət alan çoxuşaqlı ailələr - HƏR UŞAĞA 55 MANAT...

“Cari ilin 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 2723 qadının 18 yaşına çatmamış 9132 uşağına aylıq sosial müavinət ödənilir”.

ENA.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır:

“Fərmana əsasən, 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün - beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb.

Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, beşdən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa -385 manat və s. verilir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)