Nazir: Babalı anlamaq istəməyənlərin boynuna

Xarici işlər naziri Elmar Məmmədyarov İstanbuldakı çıxışı ilə bağlı onu tənqidlərə cavab verib.
"BI" xəbər verir ki, Trend-in “Elmar müəllim, son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi” sualına belə cavab verib:
“Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna”.