İrlandiya aviaşirkəti Gürcüstana uçuşlara başlayır
İrlandiyanın büdcəli aviaşirkəti olan “Ryanair” Tbilisi və Kutaisi şəhərlərinə müntəzəm uçuşlara başlayır.
İlk uçuş noyabrın 6-da Tbilisi beynəlxalq hava limanına baş tutacaq. İlin sonunadək “Boeing B737” təyyarələri ilə həyata keçiriləcək uçuşlar Milan-Tbilisi-Milan, Marsel-Kutaisi-Marsel və Bolonya-Kutaisi-Bolonya istiqamətlərində planlaşdırılıb.
Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi şirkətə Gürcüstan bazarına daxil olmaq üçün cari il 24 oktyabr tarixində icazə verib.