TURİZM

Türkiyədə otel qiymətləri yüksələ bilər - YENİ VERGİLƏR

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq yeni vergi qanunu layihəsinə görə, yüksək gəliri olan şəxslərdən daha çox vergi alınacaq.
 

ENA.az xəbər verir ki, yüksək gəlir qruplarından daha çox vergi alımasının qarşıya qoyduğu yeni vergi qanunu layihəsinə görə, gəlir vergisi dərəcələrinin sayı dörddən yeddiyə çıxarılacaq. İlk dörd dərəcələrdə, yəni 500 min Türk lirəsinə qədər gəlir əldə edən qrupların vergi öhdəliyində dəyişiklik olmayacaq.
 

"Yeni Vergi Öhdəlikləri Qanunu"na görə, dəyəri yüksək mənzillərdən vergi alınması üçün Dəyərli Mənzil Vergisi tətbiq ediləcək. Dövlət mənzilləri, diplomatik nümayəndələrin mənzilləri, heç bir gəliri olmayan və ya yalnız maaşla yaşayanların mənzilləri bu vergidən azad olacaq.
 

Mehmanxana, motel, istirahət evi, pansionat, qonaq evi və kempinq kimi obyektlərində göstərilən xidmətlərə Qonaqlama (Yerləşdirmə) Vergisinin tətbiq edilməsi nəzərdə tutulur. Bu vergi təklifi qəbul olunarsa gələn ildən Türkiyədə otel qiymətlərinin qalxacağı bildirilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)