"Toyota"dan hibrid avtomibillərlə bağlı - YENİLİK
ENA.az xəbər verir ki, Toyota şirkəti hibrid modellərin batareyasına verdiyi zəmanət müddətini 8 il və 160 min kilometrdən 10 il və 240 min kilometrə qədər artırmaq qərarına gəlib. Bu yolla yapon markası ikinci əl bazarında satılan işlənmiş hibridlərə olan marağı artırmaq istəyir.
İlk Toyota hibridlərinin 20 il bundan öncə satışa çıxmasına baxmayaraq, bir çoxları belə avtomobillərə ehtiyatla yanaşırlar. Yapon markasının menecerlərinin fikrincə, akkumulyator batareyalarına verilən zəmanətin genişləndirilməsi potensial müştərilərin təşvişini azaltmalıdır.
Toyota şirkətinin hesablamalarına görə, normal şəraitdə hibrid akkumulyatorların istismar müddəti 10 il təşkil edir. Bu müddət ərzində orta amerikan avtomobili 240-320 min kilometr arasında məsafə qət edir. Batareyanın dəyişdirilməsi avtomobilin sahibinin cibinə ciddi zərbə vuraraq, yanacaq qənaətini sıfıra endirmiş olur. Məlum məsələdir ki, batareyanın qiyməti bir neçə min dollar təşkil edir.
Toyota şirkəti 10 illik zəmanətin yalnız akkumulyator batareyalarına şamil edildiyini bildirir. İdarəetmə modulları və inventorlar kimi digər elementlərə zəmanət əvvəlki kimi 8 illikdir.
(c)autograph