Axtar

Enişsiz ən uzun uçuşun rekordu vuruldu

Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus "Boeing 787-9" təyyarəsinin Nyu-Yorkdan Sidneyə uçuşu dünyada ən uzun birbaşa aviareys kimi qeydə alınıb. 

ENA.az xəbər verir ki, bu məlumat "FlightAware"da yer alıb.

Ümumi uçuş vaxtı 19 saat 14 dəqiqə davam edib. Təyyarə 1309 kilometr sərf edib və 37 dəqiqə gecikmə ilə yerə enib.

Daha əvvəl dünyada ən uzun müddətli birbaşa aviareys Nyuarkdan Sinqapura hesab edilirdi. Onun müddəti 18 saat 50 dəqiqə təşkil edib.

Dünyada ilk birbaşa qeyri-kommersiya uçuşu isə 1986-cı ildə "Voyadjer" tərəfindən qeydə alınıb. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33