ENA+

Kristin Laqard Avropa Mərkəzi Bankının sədri seçildi

Avropa İttifaqının bu gün keçirilən sammitində Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, o, noyabrın 1-dən vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, K.Laqard vaxtilə Beynəlxalq Valyuta Fondunun rəhbəri olub və yeni vəzifəsində Mario Draqini əvəz edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)