Azərbaycanda məmur əməliyyatdan sonra öldü
Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyatdan sonra ölüb
ENA.az xəbər verir ki, rayonun Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb. R. Rüstəmovun ayağı iki yerdən sınıb.
O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.