Prezident sabiq nazirləri sərt tənqid etdi - VIDEO
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
ENA.az xəbər verir ki, dövlət başçısı çıxışında aparılan islahatlardan söz açıb.
Eləcə də bax: Prezident "yeyintilərə" qəzəbləndi - “şişirdilmiş rəqəmlər verirlər”
Prezident əvvəllər Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biabırçı vəziyyətin olduğunu, islahatlardan sonra problemlərin aradan qaldırıldığını qeyd edib.
Qeyd edək ki, aparılan islahatlardan sonra Fazil Məmmədovun yerinə Mikayıl Cabbarov Vergilər naziri, Səlim Müslovun yerinə isə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.