Nikoil Bank işçi axtarır - VAKANSİYA
Alternativ Kanallarla Satışın Təşkili Şöbəsinin Telesatış qrupunun aparıcı mütəxəssisi
Tələblər:
• Marketinq,İqtisadiyyat,Menecment sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi;
• Sahə üzrə minimal 2 il təcrübənin olması;
• Azərbaycan,Rus dili əla,İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• MS Office məhsulları üzrə bilik;
• Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
• Təzyiqə davamlı;
• Ünsiyyətcil,məsuliyyətli,təmkinli,komandada işləmək bacarığı;
• Problemləri operativ həll etmə bacarığı.
Öhdəliklər:
• Alternativ kanallardan daxil olan müştəri müraciətinin operativ cavablandırılmasına nəzarət etmək;
• Satış üçün müştərilərə edilən zəng sayının artırılması;
• Skriptlərin təkmilləşdirilməsi;
• Operatorların işini satış siyasətinə uyğun təşkil etmək;
• Əməkdaşların danışıq dəyərləndirilməsini aparmaq;
• Hesabat sistemini təkmilləşdirmək;
• Qrupun işini inkişaf etdirmək üçün bankın digər struktur bölmələri ilə sıx işləmək.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Alternativ Kanallarla Satışın Təşkili Şöbəsinin Telesatış qrupunun aparıcı mütəxəssisi) qeyd edərək, cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.