Bu günün valyuta məzənnələri
![](https://ena.az/uploads/news/2019-10/_ena_3a2bc2c7f9e1e8aaedfee9f6c_o.jpg)
Azərbaycan Mərkəzi Bankı 15 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8748 manat təşkil edir.
1 türk lirəsi 0,2873 manat, 1 rus rublu 0,0264 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5727 manatdır.