“2019-cu ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 15%-dək artacaq”
Bu il Azərbaycanda orta aylıq əmək haqqı 14-15% artacaq. Bu barədə bu gün jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Bizim proqnozlarımıza görə, 2019-cu ildə orta əmək haqqı 14-15% artacaq”, – deyə o bildirib.
Nazir, həmçinin qeyd edib ki, orta əmək haqqının artması 2020-ci ildə pensiyaların səviyyəsinə də təsir edəcək.
“Əgər bu ilin sonuna orta əmək haqqı 14-15% artsa, gələn il pensiyalar bu göstəriciyə uyğun indeksləşdiriləcək”, – deyə nazir əlavə edib.
1 avqust 2019-cu il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 587,7 manat (cari məzənnə ilə – $345,7) təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.