TURİZM

Sentyabrda Azərbaycana rekord sayda turist gəlib

Bu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20,8% çoxdur.

ENA”nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6,7 min və ya 13%-dən çoxu Gürcüstanın, 5,3 min və ya 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231,8% artım deməkdir.

Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1% və ya 3,8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.

Cari ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 2,4 mln-a çatıb.

Sentyabrda olduğu kimi, yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1,26 mln. və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min və ya 21,7% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)