Sosial iqtisadiyyat

Bakı-Gəncə sürət elektrik qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər

“Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri açıqlanıb.

ENA.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

Eləcə də bax: Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunun istifadəyə veriləcəyi tarix - AÇIQLANDI

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)