Dollar Trampın təhdidindən sonra bahalaşdı- LİRƏNİN HAZIRKİ QİYMƏTİ
Trampın twitter hesabından Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid mesajından sonra bu ölkədə dollar 5.85-i test etdi.
ENA.az xəbər verir ki, dollar saat 08: 32-də 5.8443 lirə səviyyəsindədir. Birjalar günə 5.8303 lirə ilə başlasa da 5.8472 kursuna qədər yüksəldi.
1 Avro 6.4179 lirəyə satılır. Avro/Dollar pariteti isə 1.0977 səviyyəsindədir. Qızılın qramı 280,3 lirəyə qalxıb. 2 illik istiqrazlar üzrə faiz dərəcəsi isə 13,65 faiz səviyyəsindədir.
Eləcə də bax: Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyinə söz verib