Neft Fondunun dollarını kim alır?: Bankların valyuta alqı-satqısında Fondun payı 0,09%-dir
Manatın məzənnəsinə təsir edən amillərdən ən başlıcası təbii ki, neftin qiymətidir, digər vacib məsələ isə xarici şoklardır. Bu şoklar sırasında FED-in uçot faizini artırması və ya salması o qədər ciddi təsirə malik deyil, nəinki informasiya şoku. Belə ki, Azərbaycanda da manatla gəlirləri yüksək olanların davranışları Trampın günə hansı əhval-ruhiyyə ilə başlamasından asılıdır.
ABŞ prezidentinin hər mesajından sonra Azərbaycanda dolların manata “rəsmi münasibəti görüntüsü” dəyişməsə də, bu informasiyalar əhalinin, xüsusən də əlində böyük vəsaitlər cəmləşmiş müəyyən qrupların dollar alışını sürətləndirir.
Mərkəzi Bankın açıqladığı məlumatlara görə, bu ilin sentyabrın 1-nə əhali banklardan cəmi 1 miyard 590 milyon 877 min dollar alıb. Əhalinin banklara satdığı dolların həcmi isə 1 milyard 244 milyon 724 min dollardır. Nağd valyuta alqı-satqısı ilə bağlı rəqəmlərin təhlili göstərir ki, əhaliyə satmaq üçün banklar hərracdan əlavə 346 milyon 153 min dollar alıb. Yəni satılan ümumi dolların həcminin qalan hissəsi əhalidən mübadilə zamanı qəbul edilən valyuta ilə ödənilib.
2019-cu il ərzində dolların ən yüksək satışı bu ilin avqust ayında qeydə alınıb: 815,4 milyon dollar. Bu isə Trampın Çin ilə bağlı çıxışı və nəticədə neftin qiymətində qeydə alınan düşmə tendensiyası nəticəsində nəzərə çarpdı. Eyni zamanda aprel ayında Rusiyada dolların bahalaşması ilə bağlı yaranan ajiotaj nəticəsində hərracda dollar tələb edən bankların sayı artmışdı.
2019-cu il, aylar |
Neft Fondunun banklara satdığı ABŞ dollarının məbləği |
yanvar |
634,9 milyon |
fevral |
316,2 milyon |
mart |
600,5 milyon |
aprel |
423,7 milyon |
may |
352,4 milyon |
iyun |
315,9 milyon |
iyul |
434,9 milyon |
avqust |
815,4 milyon |
sentyabr |
618,95 milyon |
ARDNF isə ötən səkkiz ayda 3 milyard 893 milyon dollar satıb. Yəni, bankların əhaliyə dollar satışı üçün valyuta hərraclarından aldığı əlavə vəsait - 346 milyon 153 min dollar ümumi satılan valyutanın 0,09%-ni təşkil edir. Başqa sözlə, ölkədə valyutaya tələbin artıb-azalmasında “exchange əməliyyatları”nın elə də böyük təsiri yoxdur.
Maraqlıdır ki, bu qədər valyutanı kim alıb? Mərkəzi Bank yanvarın 1-dən sentyabrın 1-dək valyuta ehtiyatlarını cəmisi 378,6 milyon dollar artırıb, yəni Neft Fondunun dollarlarını almadığı açıq-aşkardır. Bəs milyardlarla dolların alıcısı kimdir, sualına yeganə cavab olaraq, kommersiya bankları orataya çıxırsa, bu qədər valyuta görünür ki, ehtiyatların yaradılmasına və ya xarici əməliyyatların aparılmasına yönəlir. Başqa bir versiya öndan ibarətdir ki, Dövlət Neft Fondunun dollarını Maliyyə Nazirliyi alır. Yəni Maliyyə Nazirliyi dövlət istiqrazlarının satışı nəticəsində banklardan götürdüyü manatı Fonda sataraq, əvəzinə dollar alır və həmin vəsaitin bir hissəsi Beynəlxalq Bankın sağlamlaşdırılmasına yönəldilir.
Ümumiyyətlə, 2019-cu ilin büdcəsinı görə, Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə 11 milyard 364 milyon manat köçürməlidir. Bu isə dollarla ifadədə, əgər, təsbit məzənnə siyasətinin göstəricisi olaraq 1Dollar/1,70 AZN ilə hesablasaq, Fond cəmi 6 milyard 684 milyon 706 min dollar satmalıdır. Büdcə öhdəliyini yerinə yetirmək üçün hər ay hərracda 557 milyon dolları manata mübadilə etməli idi. Yəni, ötən səkkiz ayda 4 milyard 456 milyon dollar hərracda satılaraq, əld olunan manat büdcəyə köçürülməliydi. Halbuki, cəmi 3 milyard 893 milyon dollar satılıb, bu isə o deməkdir ki, Fond ümumilikdə aylıq satış planı üzrə 563 milyon dollaanatın mör geridədir və 563 milyon dolların manatla ifadəsində bedcə köçürmələrini icra edə bilməyib. Bu isə monitar siyasət baxımından manatın möhkəmlənməsi üçün təzyiq yaradır.