Hadisə

Bakıda ağır yol qəzası baş verib, 11 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib. 

ENA.az xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. 

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib. İki nəfərin müalicəsi davam edir. Həkimlər xəastəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)