Vergilər Nazirliyi özünə 142 min manatlıq 31 mərtəbəli bina tikir
Vergilər Nazirliyi “Grandproje” MMC ilə 142 min manata yaxın müqavilə imzalayıb.
ENA.az xəbər verir ki, müqavilədə Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsi və layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub.
Müqavilənin məbləği isə 141 min 600 manatdır.